loader
EcoEnergy Layihəsi

“240 MVt Külək Layihəsi” üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi

  • Müştəri: Acwa Power
  • Tarix:2020
Acıqlama

ACWA Power şirkəti, gücü 240 MVt olan külək elektrik stansiyası layihəsinin hazırlanması, tikintisi və istismarına dair 2020-ci ildə Azərbaycan Respublikası Energetika Nazirliyi (EN) ilə Müqavilə imzalamışdır. Elektrik Enerjisinin Satın Alınması haqqında Sazişə (EESAS) uyğun olaraq, külək enerji layihəsinin 20 il ərzində tikinti-mülkiyyət-istismar (TMİ) əsasında fəaliyyət göstərməsi gözlənilir. 240 MVt gücündə olan külək enerji layihəsi, aşağıdakı göstərildiyi kimi, iki (2) ərazidə bölünəcək və inşa ediləcək. Xızı 3: gücü 182 MVt-a qədər olacaq və Xızı rayonunda yerləşən, gücü 28 x 6,5 MVt olan külək generatorlarından istifadə etməklə hasil ediləcək; Ərazi 1: Gücü 58.5 MVt-a qədər olacaq və Abşerona rayonunda yerləşən, gücü 9 x 6,5 MVt olan külək generatorlarından istifadə etməklə hasil ediləcəkdir. Ətraf Mühitə Təsirin Qiymətləndirməsi müddəalarına əsasən, ərazidə arxeoloji, biomüxtəliflik, hava keyfiyyəti, səs-küy, su və torpaq nümunələri götürülüb analiz edilmiş, bütün tədqiqatlar bir il ərzində davam etdirilərək nəticələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi layihə sənədində öz əksini tapmışdır.

Arxeoloji

Ornitoloji

Yarasaların sorğusu

Su Analizi