loader
EcoEnergy Layihəsi

Mingəçevir şəhəri üçün Davamlı Enerji və İqlim Fəaliyyət Planı

  • Müştəri:  EU-COM
  • Tarix: 2019
Acıqlama

Ecoenergy ekspertləri Azərbaycanın Mingəçevir şəhəri üçün Davamlı Enerji və İqlim Fəaliyyət Planının hazırlanması ilə məşğul olublar. Layihə Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Merlər Razılaşması tərəfindən maliyyələşdirilmişdir.

Plan CO2 emissiyasının azaldılması üçün tədbirlər ilə birlikdə enerji, qaz, tullantılar və nəqliyyat mənbələrindən gələn şəhərin karbon izlərini əhatə edir. Bərpa olunan enerji layihələrinin iqtisadi səmərəliliyi qiymətləndirilmiş, hər bir layihə üzrə xərc, təsir sahələri və faydalarının təhlili aparılmışdır. İqlim Dəyişikliyi təsirləri qiymətləndirilmiş və uyğunlaşma layihələri tərtib edilərək fəaliyyət planına daxil edilmişdir. Həmçinin Merlər razılaşması sosial platformasına Mingəçevir şəhəri üçün aparılan tədqiqat nəticələri və analizlər, təklif olunan layihələrin əks olunmasını da təşkil etmişdir.

Mingəçevir şəhəri üçün Davamlı Enerji və İqlim Fəaliyyət Planı bələdiyyə şurasına layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq donorlara müraciət etmək imkanı verəcəkdir.